“Muğanbank” ASC həssas əhali qruplarına dəstəyini davam etdirir

Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında olan həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi istiqamətindəki əməkdaşlıq memorandumuna “Muğanbank” ASC də qoşulmuşdur.

Hər zaman əhalinin sosial rifahını düşünən “Muğanbank” ASC yenə də yardımları ilə həssas əhali qruplarını sevindirdi. Məcburi köçkün və əlillik dərəcəsi olan şəxslər öz mikro bizneslərini qurmaları üçün lazım olan hər bir avandanlıq və ləvazimatlarla təmin edilmişdir. Bununla da, “Muğanbank” ASC tərəfindən həssas əhali qruplarına dəstək göstərilib, arzularını həyata keçirmək üçün şərait yaradılmışdır.

 

Respublikada elan edilmiş hərbi vəziyyət dövründə də “Muğanbank” ASC həssas əhali qruplarına öz dəstəyini davam etdirdi. Hal-hazırda da davam edən bu sosial layihədə “Muğanbank” ASC fəaliyyətini uğurla həyata keçirir.

  ДРУГИЕ НОВОСТИ РАЗДЕЛА